top of page

Mərhələ 1. Dizaynerin çıxışı.

   İş dizaynerin obyektə çıxışından başlayır. Dizaynerin çıxışı Sifarişçi ilə tanışlıq, obyektə baxış, məsləhətləşmə üçün vacibdir. Bundan sonra biz ilk konsepsual mərhələni-eskiz layihəsini dəyərləndirə bilərik.

Mərhələ 2. Eskiz layihəsi.

   Eskiz layihəsi özündə birləşdirir:

   Ölçü çertyoju;

   Sifarişçinin istəyindən, planlaşmanın mürəkkəbliyindən asılı olaraq, planlaşdırılmanın bir neçə variantda həyata keçirilməsi mümkündür;

    Bəzi hallarda ərazinin həcmli təsvirini götürmək lazım gəlir;

    Eskiz layihəsi göstərilən tələblərə cavab verməlidir:

    İşin təşkil olunması Sifarişçilərin xoşuna gəlməli və onların tələblərinə cavab verməlidir. Layihə texniki tələblərə cavab verməli və daha sonra icra edilməsi real olmalıdır. Qanunvericiliyə uyğun olmalıdır.

Mərhələ 3. Dizayn-layihəsi.

    İnteryerin rəng seçimi;

    Ərazilərin hərtərəfli təsviri(kompüter və ya əl ilə çəkilmiş təsvir)

    Material və avadanlığın seçilməsi(firmalara çıxış);

Eskiz layihəsindən fərqli olaraq, dizayn layihəsi(onun texniki hissəsi) real   olaraq seçilmiş material, avadanlıq, santexnika və s.-nin əsasında yerinə yetirilir.

      Qiymət ərazi sahəsindən, lazım olan çertyojların sayından, konstruktiv elementlərin mürəkkəbliyindən, üslub, vizual təsvirlərin həcmindən asılıdır.

      İşin icra olunma müddəti 1-2,5 aydır.

      Layihənin təsdiqindən sonra ayrı-ayrı işlərə smeta müəyyən etmək və onların yerinə yetirilmə müddətini işin texnologiyasına əsaslanaraq razılaşdırmaq mümkündür.

Mərhələ 4. Müəllifin nəzarəti.

      Görülən işlərin həlli üçün obyektlərə çıxış; 

      Lazım gəldiyində çertyojların korrektə edilməsi;

      İşçilərin istiqamətləndirilməsi;

      Qiymət sahədən və işin həcmindən asılıdır, bir sıra hallarda pulsuz da olması mümkündür.

Mühəndis-geoloji axtarışların və ərazilərin topoçəkilişlərinin aparılması, sıfır tsiklinin tədbirlər kompleksi(meydançanın evin tikintisinə hazırlanması, mövcud tikilinin demontajı),yerin tutulması,bünövrə və sokolun ucaldılması, divar və pilləkənlərin quraşdırılması, fasad, dam və daxili ümuminşaat işləri, mühəndislik sistemlərinin montajının həyata keçirilməsini özündə birləşdirir.

İnşaat
Dizayn

Xarici təmir işləri siyahısına üzlənmə, fasad və dam örtüyü işləri, suvaq və rəngsazlıq, suyadavamlı və dalğadanqoruyucu sistemlərin quraşdırılması daxildir. Daxili təmir isə səthlərə qum-əhəng və sement-əhəng qarışıqlı məhlulların çəkilməsi, rəngsaz və kafel işləri, döşəmələrin örtülməsi, divar kağızlarının yapışdırılması, qapı və pəncərələrin quraşdırılması, montaj və kommunikasiya, məişət texnikasının işə salınması, dekor işlərini özündə cəmləşdirir.

   Təmirin dəyəri 75 AZN-dan başlayaraq\m2 hesablanır. 

Təmir

Xidmətlərimiz

Layihə
Təmir

    Evlərin layihələndirilməsi 3 mərhələdə sənəd hazırlığını özündə cəmləşdirir:

Memarlıq - fasad çertyojlarını, evin vertikal, eninə və uzununa kəsişini, üzlük materialları və ərazilərin ümumi planlaşmasına əsaslanan bədii eskizini təqdim edir;

Konstruktiv -ümumi və poetaj plandan ibarətdir, bünövrə elementlərinin, örtük və pilləkənlərin sxemi, qovşaqların hərtərəfli çertyoju;

    Layihələndirmənin nəticələrinə əsaslanaraq, evin tikinti dəyərini müəyyən edən smeta verilir.

    Texniki sistemlərin layihələndirilməsi, o cümlədən:

    Texniki layihələndirmə(texniki quraşdırılma və avadanlıq);

    Elektrotexniki layihələndirmə(elektrotexniki və elektrik təchizatı);

    Mühəndislik sistemlərinin layihələndirilməsi(ventilyasiya, qaz xətləri, elektrik şəbəkələri və digər infrastrukturlar);

    O cümlədən, inşaat;

    Memarlıq-inşaat layihələndirilməsi(binalar və digər yerüstü obyektlər);

    Sənaye obyektlərinin layihələndirilməsi.

bottom of page